• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” daha bir ulduzu transfer etmək üzrədi

Dünya futbolu

18-08-2023, 15:0

“Qalatasaray” iki futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, söhbət Yusuf Dəmirlə Nikolo Zanyolodan gedir.

Ötən yay 6 milyon avroya transfer edilməsinə baxmayaraq, həm əcnəbi futbolçu statusunda olması, həm də Türkiyə futboluna uyğunlaşa bilməməsi üzündən ümidləri doğrulda bilməyən Yusuf “Bazel”ə keçmək üzrədi. Okan Burukun hətta yoxlama oyunlarında belə şans vermədiyi 20 yaşlı vinger İsveçrədə ilk mövsümü icarə əsasında keçirəcək. Gələn yay “Bazel” onu ən azı 5 milyon avro ödəməklə məcburi şəkildə transfer edəcək. Zanyolo isə böyük ehtimalla qarşıdakı mövsümü İngiltərədə, daha dəqiq desək, “Aston Villa”da keçirəcək. İtaliyalı ulduzun İngiltərədə oynamaq istədiyini “Olimpiya” ilə oyundan sonra Okan Buruk da açıqlamışdı. 24 yaşlı futbolçu transferin son detallarını razılaşdırmaq üçün dünən İngiltərəyə yollanıb. Monçinin idman direktoru olduğu Birmingem təmsilçisi ilk mövsümdə 4 milyon avro qarşılığında Zanyolonu birilliyə icarəyə götürəcək. Müqavilədə bonuslar da yer alacaq və “Cim-Bom”un əlavə 5 milyon avro qazanmaq şansı yaranacaq. Amma ən əsası müqavilədə xüsusi bir maddə yer alacaq. Zanyolo mövsüm ərzində ən azı 25 rəsmi oyuna çıxacağı təqdirdə “Aston Villa” gələn yay daha 25 milyon avro ödəməklə onu məcburi şəkildə transfer etməli olacaq. Yəni İstanbul nəhəngi bu satışdan təxminən 30-35 milyon avro qazanacaq! “Qalatasaray” Zanyolonu bu ilin fevralında “Roma”dan 15 milyon avroya transfer edərək onunla beşillik müqavilə imzalamışdı. “Aslan” bu məbləği 5 hissəyə bölərək ödəməliydi. Maraqlıdı ki, istanbullular hələ bu pulun heç birinci hissəsini də ödəməyiblər! Zanyolo “Qalatasaray”da 12 rəsmi oyuna çıxaraq 5 qol, 1 məhsuldar ötürməlik performans sərgilədi.

Bu arada “Qalatasaray” fanatlarına xoş xəbər var. Heyətini onsuz da ulduzlarla dolduran Türkiyə çempionu daha bir dünyaca ünlü futbolçunu – Hakim Ziyeşi transfer etmək üzrədi! Dünən bu xəbər ilk öncə “Qardian” nəşrində peyda oldu. Nəşr Ziyeşin tibbi müayinədən keçmək üçün Türkiyəyə yollanmaq üzrə olduğunu yazdı. Daha sonra məşhur italiyalı insayder Fabritsio Romano da “Qalatasaray”ın bu transfer bitirməyə yaxın olduğunu açıqladı. “Cim-Bom” tibbi müayinə məsələsində çox diqqətli olmalıdı. Çünki Ziyeş bu yay Kriştiano Ronaldonun komandası “Əl-Nəssr”ə yollanmağın biraddımlığındaydı. Amma məhz tibbi müayinədən uğurla keçə bilmədiyi üçün ərəblər ondan vaz keçmişdi. Deyilənə görə, “Qalatasaray” 30 yaşlı mərakeşlini əvvəlcə İngiltərədə, sonra da Türkiyədə müayinədən keçirəcək. Heç bir problem çıxmasa, oyunçu ilə 3 illik müqavilə imzalanacaq. Ziyeşin illik qazancı isə 4,5 milyon avro olacaq. Xatırladaq ki, daha öncə “Tvente” və “Ayaks”da top qovmuş solaxay futbolçu 2020-dən etibarən 40 milyon avroya transfer olunduğu “Çelsi”nin şərəfini qoruyurdu. Amma ÇL-in qalibi olmasına rəğmən, onun İngiltərə macərasının uğurlu alındığını söyləmək çətindi. Çünki Ziyeş heç cür əsas heyət üzvünə çevrilə bilmədi. Ötən mövsüm təcrübəli oyunçu 24 rəsmi oyuna çıxaraq londonlulara yalnız 3 məhsuldar ötürməlik fayda verə bilmişdi. O, artıq “zadəganlılar”la müqaviləsini qarşılıqlı şəkildə ləğv etdiyi üçün sərbəst oyunçu statusundadı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-08-2023, 18:0

Zanyolo ''Qalatasaray''dan İngiltərəyə yollanır

Dünya futbolu

17-07-2022, 15:0

''Qalatasaray'' iki oyunçu ilə vidalaşır

Dünya futbolu

9-08-2023, 21:0

“Qalatasaray” Sloveniyaya Zaha və Zanyolosuz yollandı

Dünya futbolu

6-08-2022, 21:0

“Qalatasaray” iki ulduzu transfer etməyə yaxındı

Dünya futbolu

11-08-2022, 15:0

''Fənər'' başqa klubda oynayan futbolçuya maaş ödəyəcək

Dünya futbolu

31-01-2023, 16:0

''Qalatasaray'' ''Real''ın sabiq forvardını transfer etmək istəyir

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
Daha çox
Oxunub: 192
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 97
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə