"Qalatasaray''ın yeni transfer bombası Hakim Ziyeş dünən gecə saatlarında İstanbula ayaq basıb.
Xatırladaq ki, bir neçə gün öncə ''Qalatasaray''ın tələbi ilə təcrübəli futbolçu Londonda tibbi baxışdan keçmiş və ciddi problem aşkarlanmamışdı. Bu dəfə Ziyeş İstanbulda tibbi müayinədən keçəcək. ''Qalatasaray''ın bu oyunçunun orqanizminə qarşı bu qədər həssas və diqqətli davranması səbəbsiz deyil.
Belə ki, Ziyeş bu yay ''Çelsi''dən ayrılaraq ''Əl-Nəssr''ə keçməyin biraddımlığında olsa da, onun tibbi müayinəsi zamanı problem ortaya çıxmışdı. Bu üzdən keçid baş tutmamışdı. Daha öncə iddia olunurdu ki, Ziyeş''Çelsi''dən ayrılaraq azad oyunçuya çevrildiyi üçün ''Qalatasaray''a havayı başa gələcək.
Amma son xəbərlərdə qeyd olunur ki, İstanbul nəhəngi ''Çelsi''yə 1 milyon avro təzminat ödəyəcək. Həm oyun qurucusu, həm sağ vinger mövqeyində oynamağı bacaran və ''Qalatasaray''ın hücum xəttini yeni səviyyəyə qaldıracağı gözlənilən 30 yaşlı mərakeşlinin illik maaşı 4,5 milyon avro təşkil edəcək.
Ziyeş ''Qalatasaray'' üçün İstanbula gəldi
Dünya futbolu



