“Sumqayıt” və “Sabah” kimi elita klublarında forma geymiş müdafiəçiyə bir neçə yerdən təklif var. Hətta “Cəbrayıl”ın da ona dəvət göndərdiyinə dair məlumatlar var. Ancaq 1-ci liqa klubuna çıxış etmək istəməyən 27 yaşlı futbolçu seçim zamanı tələsmək niyyətində deyil.
Bəs oyunçunun seçimi hansı yandan olacaq?
Fəridlə əlaqə saxlayıb, transferlə bağlı son durumu öyrəndik. O, “Football-plus.az”a açıqlamasında legioner həyatı yaşamaq istəyini gizlətmədi:
“Komandam hələ bəlli deyil. Çünki danışıqlar davam edir. Xaricdə oynamaq fikrim var. Amma alınsa, qışdan sonra baş tutacaq. Burda da bir neçə yerlə danışıq aparıram. Onsuz da komandaların heç biri hələ ki yığılmayıb. Yəqin bir-iki həftə ərzində dəqiqləşəcək. 1-ci liqa komandalarından təklif var. Bir qədər gözləmə mövqeyindəyəm. Düşünüb, sonradan qərar verəcəm ki, daha düzgün seçim olsun”.
Qeyd edək ki, Fərid Kazımzadə “Sumqayıt”ın yetirməsidi.
RÖYANƏ OĞUZ




