“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı

4.10.2022 23:10 2 862
Premyer-liqa / Manşet
Laurentsiu Regekampfın gəlişindən sonra “Neftçi”dən ayrılan futbolçulardan biri də Fəhmin Muradbəyli idi.

Futbolçu bundan sonra karyerasını ölkə xaricində davam etdirəcəyini demişdi. Bu istiqamətdə danışıqlar gedirdi. Maraqlıdı, Fəhmin hansı ölkənin klubları ilə danışıq aparır? Onun indiyə kimi heç bir komandaya transfer olmamasının səbəbi nədi? Bu haqda məlumat almaq üçün futbolçu ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Çox təkliflər var idi. Yunanıstan, Özbəkistan, Malta, Polşa, Monteneqro və Serbiyadan məni istəyirdilər. Lakin hərəsində bir problem çıxdı. Ona görə də alınmadı. Hazırda da başqa təkliflər var, danışıqlar gedir. İnşallah, alınsa, ölkə xaricində çıxış edəcəm. Hələ də fikrim legioner həyatı yaşamaqdı. Lakin alınmasa, burda oynayıb sonra xaricdə davam edəcəm”.

ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul