“İrəvan”nın daha bir futbolçusu düşərgədən ayrıldı

13.06.2024 17:34 303
Ölkə futbolu
Bilindiyi kimi, 1-ci liqada çıxış etmək üçün lisenziya ala bilməyən “İrəvan”ın taleyi qaranlıqdı.

Artıq klubdan axın başlayıb. Gedənlərdən biri də yarımmüdafiəçi Fərid Kərimzadədı. “Sumqayıt”ın yetirməsi olan təcrübəli futbolçu “Fooatball-plus.az”a bunları dedi:
“İrəvan”da qalmaq fikrim yox idi. Başqa təkliflər var. İndi onları düşünürəm. 1-ci liqa və 2-ci liqa klublarından məni heyətində görmək istədiyini bildirənlər var. Amma hazırda həmin komandalarla danışıqlar gedir. İndiki məqamda dəqiq bir şey yoxdu. Maaşa gəlincə, demək olar ki, verilib. Yəni mən öz pulumu almışam”.

RÖYANƏ OĞUZ