Klubun mətbuat xidməti yalnız millilərinin üzvü olan futbolçuların toplanışa ayın 23-də qoşulacağını açıqlamışdı. Hazırda bütün diqqətlər “Qarabağ”la müqavilə müddəti bitən fransalı vinger Abdulla Zubirin üzərindədi. Çünki “köhlən atlar”ın əsas simalarından olan Zubiri müddəti bitən müqaviləsini yeniləyib-yeniləməyəcəyi bilinmir. Ümumiyyətlə, təlim-məşq toplanışına bütün futbolçuların qoşulub-qoşulmadığını öyrənmək, xüsusən də Zubirin komandadakı son durumuyla bağlı məlumat öyrənmək istədik. Buna görə də klubun məbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq:
“Bəli, bütün futbolçularımız artıq düşərgədədi. Yalnız Zubir yoxdu ki, bu da bilinən məsələdi. Futbolçunun müqaviləsini müddəti bitib, klub rəhbərliyi ona təklif irəli sürüb. Hələ ki danışıqlar davam edir. Qarşıdakı bir-iki gün ərzində bu məsələyə tam aydınlıq gələcək”.
KAMAL SƏFƏR




