"Qarabağ"ın futbolçusu Abdulla Zubirin qardaşı Tarek Zubir 1-ci divizionda çıxış edən "Zaqatala"ya transfer olub.
Bu keçidin detallarını öyrənmək üçün komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq. Mütəxəssis “Football-plus.az” saytına bunları söylədi:
"Bir neçə aydı bu məsələ gündəmdədi. Danışıqlar gedirdi. Abdulla Zubirin bu transferdə rolunun olub-olmadığını dəqiq bilmirəm. Gəldi, məşqə çıxdı və bəyəndik. Daha sonra razılıq əldə etdik. MOİK ilə son çempionat oyununu da izləyirdi. Görüşdən sonra isə fasilə olduğu üçün Bakıya yollanıb. Müqaviləni də Bakıda bağlayıb".
GÜNAY VƏLİYEVA