İrasabal qalır, o birilər isə...

5.06.2024 12:58 249
Ölkə futbolu / Manşet
Mövsüm başa çatdığına görə artıq müqavilə müddəti bitən futbolçuların karyeralarıyla bağlı qərar vermək zamanıdı.

Konfrans Liqasına vəsiqə qazanan “Sabah”ın önəmli legionerlərindən sayılan Bojan Letiç, Mauran Hadudi və Con İrasabalın müqaviləsi “transfermarkt”a görə bu ayın sonuna kimidi. Klubun sözügedən futbolçularla danışıqlar aparıb-aparmadığını öyrənmək istədik. Bu üzdən mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq:

“İrasabalın müqaviləsində + bəndi var idi. Razılaşmaya əsasən onun müqavilə müddəti gələn ilin yayına kimidi. Digər oyunçularla bağlı qarşıdakı günlərdə açıqlama veriləcək”.

KAMAL SƏFƏR