İyunun 18-dən hazırlığa başlayan “kimyaçılar”ın Avropaya hansı heyətlə yollanacağı bilinmir. Bəzi futbolçularla danışıqlara keçən “gənclik şəhəri” təmsilçisinin anlaşa bilmədikləri də var. Belə ki, klubla müqavilə müddəti bitən çatan yaponiyalı legioner Masaki Murata hələ düşərgəyə qoşulmayıb. 24 yaşlı futbolçu başqa klublardan da təklif alıb. Bu üzdən yarımmüdafiəçi “Sumqayıt”ı gözlədir.
Bəs Masaki düşərgəyə nə zaman qatılacaq? Bununla bağlı məlumat öyrənmək üçün “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Masaki hələ də düşərgəyə qoşulmayıb. Bilindiyi kimi, müqaviləsinin müddəti mövsümün sonu başa çatdı. Artıq bunun üzərində danışıqlar gedir. Bir az şıltaq oyunçudu. Hələ ki ortaq məxrəc yoxdu. Ona görə hələ məşqlərə qatılmır”.
Qeyd edək ki, yaoniyalı 2023-cü ilin yanvarından “Sumqayıt”ın formasını geyir.
RÖYANƏ OĞUZ


