Van Diyk ''Liverpul''dakı gələcəyi haqda nə dedi? - ''Əks təqdirdə başqa yerə gedəcəm''
Dünya futbolu
''Liverpul'' və Niderland yığmasının kapitanı Vircil van Diyk gələcəyi haqda açıqlamalar verib. 35 yaşlı tanınmış müdafiəçinin mersisaydlılarla müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Amma klub tərəfindən ona hələ yeni müqavilə təklif olunmayıb. Bu mövsüm premyer-liqada bütün oyunlarda əvəzlənmədən iştirak edən Van Diyk bu yığma ''pəncərəsində'' Niderlandın heyətindən çəkilmək qərarına da aydınlıq gətirib: ''Oynamaq və gördüyüm işi davam etdirmək istəyirəm. Gözləyək görək, mövsümün sonunda nələr olacaq. ''Liverpul'' ilə indiyə qədər çox gözəl anlarım olub. Bu anların uzadılmasına qərar verilsə, davam edəcəm. Müqaviləni yeniləməsək, başqa bir yerə gedəcəm. İndi sizə bu mövzuda başqa deyə biləcəyim bir şey yoxdu. Ancaq bu o demək deyil ki, hər gün təşviş içindəyəm. Özümü yaxşı hiss edirəm. İndi əsas mənim yox, komandanın durumudu. Müqavilə ilə bağlı qətiyyən təşviş və ya narahatlıq keçirmirəm. Psixoloji cəhətdən hər şey qaydasındadı. Fiziki cəhətdən isə son həftələrdə kiçik bir problemlə qarşılaşmışam. Ona görə də yığmanın düşərgəsindən ayrılmalı oldum. Amma tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəm''. Van Diyklə yanaşı Brayan Brobbi də Millətlər Liqasında evdə Yunanıstan və səfərdə Almaniyaya qarşı oyunları buraxmalı olacaq. Qeyd edək ki, Van Diyk ''Liverpul'' ilə sonuncu dəfə 2025-in aprelində müqaviləsini yeniləyib. O, həmin vaxt mövsümün sonunda bitməli olan müqaviləsinin müddətini 2027-yə qədər artırmışdı.




