“Zirə”dən hamı Boludadı?

19.06.2024 15:00 574
Premyer-liqa / Manşet
Bilindiyi kimi, “Zirə” iyunun 14-də Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışına start verib.

Bir neçə gün əvvəl “qartallar” yeni transferlərini açıqladı. Həmçinin dünən keçirilən püşkatmaya görə Avopa Liqasının 1-ci təsnifat mərhələsində rəqibin Moldova “Şerif”i olacağı dəqiqləşdi. Bəs düşərgədə vəziyyət necədi?

Ab-havanı öyrənmək üçün “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Komanda təlim-məşq toplanışını davam etdirir. Bütün futbolçular düşərgədədi. Hazırlıq plan üzrə davam edir. Xüsusi yenilik yoxdu. Bəli, 1-ci təsnifat mərhələsində rəqibimiz “Şerif” olacaq. Komandamız lazimi şəkildə hazırlıqlarını görür. Əhval-ruhiyyə də yaxşıdı”.


RÖYANƏ OĞUZ