Neymar karyerasının qürub çağını vətəni Braziliyada keçirməyi arzulayır.
“Football-plus.az” xəbər verir ki, “Əl-Hilal”ın hücumçusu “Flamenqo”da oynamaq istəyini dilə gətirib.
“RMC Sport”un yaydığı xəbərə görə, 32 yaşlı hücumçu bu haqda belə deyib:
“Həmişə deyirdim ki, “Flamenqo”da oynamaq istəyirəm. Təbii ki, bu, mənim “Santos”dan sonra ikinci sevimli komandamdı. “Flamenqo”nu həqiqətən sevirəm. Bir gün bu komandada oynaya bilsəm, əlbəttə, çox məmnun olaram. Bunun nə vaxtsa həyata keçib-keçməyəcəyini bilmirəm, yalnız Tanrı bilir. Hələ də “Əl-Hilal”a müqavilə ilə bağlıyam, amma heç kim bizi gələcəkdə nəyin gözlədiyini bilmir”.
Təcrübəli futbolçu “Santos” akademiyasının yetirməsidi. O, bu komandada 2009-13-cü illərdə 183 oyun keçirib, 107 qol vurub və 51 məhsuldar ötürmə verib. Neymarın “Əl-Hilal”a 2023-cü ilin yayında PSJ-dən keçdiyini də bildirək.