“Əl-Hilal”ın hücumçusu bu fikrini “Barselona” və PSJ-də oynadığı sabiq komanda yoldaşı haqda danışarkən dilə gətirib.
Xatırladaq ki, Messi yayda azad agent kimi PSJ-dən “İnter Mayami”yə keçib. O, ötən müddət ərzində bu komandada bütün turnirlərdə 17 matçda iştirak edib, 14 qol vurub və 6 məhsuldar ötürmə verib. Argentinalı hücumçunun ABŞ klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdi.
Neymar isə ötən yaydan Səudiyyə Ərəbistanında çıxış edir. 31 yaşlı braziliyalı forvard 36 yaşlı Lionel haqda bu fikirləri səsləndirib:
“Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudu, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidə hər şeydən razıdı. Leo xoşbəxtdisə, mən də xoşbəxtəm”.






