Türkiyə bunu ilk dəfə bacardı

20.06.2024 18:20 297
Türkiyə yığması üçün AÇ-2024 uğurlu şəkildə start götürdü.

“Football-plus.az” xəbər verir ki, qardaş ölkənin komandası turnirin debütantı olan Gürcüstan üzərində 3:1 hesablı qələbə qazandı. Bununla da ''ay-ulduzlular'' bir ilkə imza atdılar. Belə ki, bu komanda indiyə qədər heç vaxt AÇ-yə qələbə ilə start verə bilməmişdi. Daha dəqiq desək, Türkiyə buna qədər iştirak etdiyi 5 qitə turnirinin hamısına məğlubiyyətlə başlamış və üstəlik bu oyunlarda cəmi 1 qol vurmuşdu! Qardaş ölkə ilk oyunlarda AÇ-1996-da Xorvatiyaya (0:1), AÇ-2000-də İtaliyaya (1:2), AÇ-2008-də Portuqaliyaya (0:2), AÇ-2016-da Xorvatiyaya (0:1) və AÇ-2020-də İtaliyaya (0:3) boyun əymişdi.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul