Bəxtiyar Həsənalızadə hansı premyer-liqa klubuna keçir?

15.06.2024 22:54 531
Ölkə futbolu / Manşet
Bildiyimiz kimi, yay “transfer pəncərəsi” açılmayıb. Bununla belə, fəal şəkildə transferlər gerçəkləşməkdədi.

Adı bir neçə klubla yanaşı hallananlardan biri də millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadədi. İddialara görə, o, yenidən Azərbaycana qayıda bilər. Ötən mövsümü “Tuzlaspor”da keçirən oyunçuya premyer-liqa klublarının təklif göndərdiyi bildirilir. Bunlar “Səbail”lə “Araz-Naxçıvan”dı. Ötən il “Sabah”dan Türkiyənin 1-ci liqa klubu “Tuzlaspor”a transfer olunan Bəxtiyar Həsənalızadə hazırda azad agent statusu daşıyır. Belədə bir müddət öncə “Pendikspor”un da yığmamızın üzvü ilə maraqlandığına dair xəbərlər yayılmışdı.

Bəs Bəxtiyar Azərbaycana qayıtmağı düşünürmü? Onun “Futbol+”ə dedikləri:

“Bu barədə nəsə demək istəmirəm. Başqa təkliflər var və gözləyirəm. Hər şey ola bilər. Qərarım təklifdən aslı olacaq. Türkiyə də, Azərbaycan da ola bilər”.

Qeyd edək ki, ötən mövsümün yekunlarına görə Tuzlanın eyniadlı komandası 1-ci liqada yerini itirib. Yerli federasiyanın qərarına əsasən, burda yalnız Türkiyə pasportu daşıyan futbolçuların xidmətindən istifadə edilə bilər.

RÖYANƏ OĞUZ