Bəxtiyar Həsənalızadə Türkiyədə qol hesabını açdı

17.09.2023 20:15 240
Ölkə futbolu / Manşet
Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” da növbəti matçına çıxıb. Komanda "Adanaspor"u məğlub edib - 2:1.

Millimizin üzvü görüşə start heyətdə çıxıb. O, 90 dəqiqə əvəzlənmədən meydanda olub. Həsənalızadə 70-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub.