Bəxtiyar sabah məşqə başlayacaq

15.02.2024 18:20 159
Ölkə futbolu / Manşet
Türkiyənin “Tuzlaspor” klubunda çıxış edən millimizin üzvü Bəxtiyar Həsənalızadə bir aydan artıqdı yaşıl meydana çıxmır.

Buna səbəb belindəki ağrılardı. 31 yaşlı müdafiəçi ilə əlaqə saxlayıb, sağlıq durumu ilə maraqlandıq. Onun “Football-plus.az”a söylədikləri:

“Hazırda Türkiyədəyəm. Bu müddət ərzində vətənə qayıtmamışam. Müalicəm hələ də davam edir. Lakin sabahdan etibarən məşqlərə başlayacam”.


GÜNAY SÜLEYMANOVA