“Sassuolo”da baş məşqçi probleminə son qoyulub.
Bu vəzifəyə Davide Ballardini təyin edilib. O, fevralda istefaya göndərilən Alessio Dionizini əvəzləyib. Təcrübəli mütəxəssislə müddəti 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, komanda bu il A seriyasında keçirdiyi oyunlardan yalnız birində qələbə qazanıb. “Sassuolo” 26 turda 20 xal toplamaqla 18-ci yeri tutur.