İtalyano İtaliyada qaldı

6.06.2024 13:31 123
Dünya futbolu
“Bolonya”nın yeni baş məşqçisi müəyyənləşib.

Kluba gözlənilən mütəxəssis təyinat alıb. İtaliya klubunu rəsmi saytının yaydığı xəbərə görə, bu vəzifəyə Vinçentso İtalyano təyin edilib. Almaniyada doğulan italyan mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, mövsümün sonunda müqaviləsini yeniləməyən Tyaqo Mottanı əvəzləyib.

Xatırladaq ki, “Bolonya” A seriyasında 2023/24 mövsümünü 68 xalla 5-ci yerdə başa vurub. İtalyanonun sonuncu iş yeri isə 2021-ci ildən iyunun əvvəlinə qədər çalışdırdığı “Fiorentina” olub.