Son mövsümdə ən çox müzakirə olunan klublardan biri “İrəvan”dı.
Danışılmış oyunlara görə 4 oyunçusu komandadan ayrılan Qərbi Azərbaycan təmsilçisi dünən daha bir “cəsarət” ilə adından söz etdirib. Meydana buraxmağa futbolçu tapmayan Nazim Süleymanov ilk “11-liy”i düzəltmək üçün taktika işlədib. Baş məşqçi ehtiyat qapıçı Süleyman Süleymanovu əsas qapıçı kimi oynadaraq həmin mövqedə görməyə alışdığımız Andrey Sinenkanı sahə oyunçusu kimi start heyətində meydana buraxıb. Bəs “İrəvan” niyə belə bir addım atmaq məcburiyyətində qalıb? Olaylardan agah olmaq üçün Nazim Süleymanovun köməkçisi Samir Ələkbərovla əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında bunları dedi: