Bir müddətdi taleyi geniş müzakirələr doğuran “İrəvan”ın 1-ci liqadan uzaqlaşdırılması qərara alındı. Bu isə “Difai Ağsu” ilə “Araz Saatlı” üçün sevindirici xəbər oldu. “İrəvan” 1-ci liqada gedirsə, “Difai Ağsu” burda yerini qoruyur, Saatlı klubu isə 2-ci liqa klublarından “Cəbrayıl”la pley-off oyununa çıxır. Hadisələrin hansı məcrada davam edəcəyinə tezliklə aydınlıq gələcək. Bəs Saatlı təmsilçisi bu qərarı necə qarşılayıb? Bu sualla “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayevə müraciət etdik:
“Mövcud əsasnaməyə görə 1-ci liqada lisenziya şərtlərini tələblərini ödəməyən bir komanda aşağı liqaya düşürdü. AFFA-nın qərarına görə bu, "İrəvan"dı. Belədə "Araz Saatlı" mövsümü 9-cu pillədə tamamlamış olur. Çox güman, "Cəbrayıl"la pley-off matçı keçirəcəyik. Belədə 1-ci liqada yerimizi qorumaq şansımız hələ qalır”.
RÖYANƏ OĞUZ






