Bir ara bu səbəblərdən dolayı “İrəvan”nın 1-ci liqadan kənarlaşdırılacagı ilə bağlı xəbərlər dolaşırdı. Düzü, indi də bu ehtimal özünü doğrulda bilər. Amma iddialar sübut olunarsa. Bəs “İrəvan”ın danışılmış oyunlarda iştirakı sübuta yetirilibmi? Daha dəqiq məlumat almaq üçün UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimliyə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:
“Bilindiyi kimi, “İrəvan”da danışılmış oyunlarda iştirak səbəbindən 2 nəfər ömürlük, 2 nəfər birilliyə futboldan uzaqlaşdırıldı. Bu, İntizam Komitəsinin öncəki qərarı ilə baş verdi. Bundan sonra araşdırma zamanı nə məlum olacaq - bunu da zaman keçəndən sonra biləcəyik. Hazırda araşdırma davam edir. Aidiyyatı qurumlarla işləyirik. Rəhbərlik də prosesi diqqət mərkəzində saxlayır. Komandanın 1-ci liqadan uzaqlaşdırılmasına gəlincə, bu, mənim səlahiyyətimdən kənardı. Yəni cavablamaq mənə çətindi”.
RÖYANƏ OĞUZ





