AFFA birinci liqada iştirak etmək üçün 8 kluba lisenziya verməyib.
"Football-plus.az" xəbər verir ki, lisenziya ala bilməyən klublar arasında bu mövsüm birinci liqada yarışmış "İrəvan" da var.
"İrəvan" klubunun adı bu mövsüm bir neçə danışılmış oyunda hallanıb. Komanda mövsümü 8-ci yerdə başa vurub. Bu qərarla onlar yeni mövsüm 1-ci liqada yarışa bilməyəcəklər.
Yeni yaradılmış "İrəvan" 2023/24 mövsümündən etibarən 1-ci liqada oynayırdı.
Bundan başqa, 2-ci liqa təmsilçiləri “Ağdaş”, “Dinamo” (Bakı), “Göygöl”, "Lerik, “Şəki Siti", “Şəfa”, “Şəmkir” PFK isə 1-ci liqaya lisenziya ala bilməyiblər. Bu klublar qərarla bağlı 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.
1-ci liqa yarışlarında iştirak etmək üçün “Araz Saatlı” FK, “Bakı Sportinq” FK, “Difai” FK, “Cəbrayıl” FK, “Füzuli” FK, “Karvan” Yevlax FK, “Kür-Araz” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK İB, MOİK PFK, “Şahdağ Qusar” FK, “Zaqatala” və "İmişli" PFK-ya isə lisenziya verilib.