Helikopter qəzasında həyatını itirən məşhur basketbolçu Kobi Brayantın forması hərracda 1,2 milyon dollara satılıb.
“Football-plus.az” xəbər verir ki, “Leykers”in mərhum ulduzu bu formanı 2013-cü il aprelin 12-də “Qolden Steyt”ə 118:116 hesabıyla qalib gəldikləri oyunda (həmin oyunda basketbolçu zədə almışdı) geyib.Brayantın imzalı formasının üzərində 2013-cü ilin fevralında vəfat edən “Leykers”in mərhum sahibi Cerri Bassın şərəfinə “JB” hərfləri yazılıb və MBA-nın loqotipi yerləşdirilib.
Qeyd edək ki, vəfat edən basketbolçunun 2007/08 mövsümündə geydiyi forma hərracda 5,8 milyon dollara satılmışdı. Bu, onun ən baha satılan forması olub. İkiqat olimpiya çempionu, MBA-nın beşqat qalibi 2020-ci il yanvarın 27-də 13 yaşlı qızı ilə birlikdə helikopter qəzasında ölüb.