“Leykers” ev oyunlarını keçirdiyi arenanın qarşısında əfsanəvi oyunçusu Kobi Brayantın bürüncdən hazırlanan büstünü qoyacaq. Bununla bağlı rəsmi mərasim gələn il fevralın 8-də keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, 41 yaşlı Brayant və qızı Cianna 2020-ci il yanvarın 26-da baş verən helikopter qəzasında faciəvi şəkildə həlak olub. Helikopterin göyərtəsində daha 7 adam var idi.
Xatırladaq ki, Brayant karyerası (1996-2016) boyunca “Leykers”in şərəfini qoruyub. Bu komanda ilə 5 dəfə MBA çempionu, ABŞ yığmasının heyətində isə Olimpiya Oyunlarının ikiqat qalibi olub.