Brayantın 16 il əvvəl geydiyi forma 277 min dollara satıldı

11.03.2022 17:30 409
İdman
MBA-da son günlər keçirilən oyunlarla bağlı bəzi maraqlı seriyalar var.

Martın 7-də evdə “Memfis”i məğlub edən “Hyuston” ardıcıl 12 məğlubiyyətdən sonra ilk qələbəsini qazandı. “Filadelfiya”ya boyun əyən “Çikaqo” ardıcıl 5-ci məğlubiyyətlə barışdı.

Bu arada əfsanəvi Kobi Brayantın 2006-cı ildə “Toronto”ya qarşı tarixi oyundan əvvəl isinmə hərəkətləri zamanı geydiyi futbolka “Sotheby's” hərracında 277 min 200 dollara satılıb. Xatırladaq ki, yanvarın 22-də “Staples Center”də keçirilən həmin tarixi oyunda Brayant 81 xal toplayıb, 6 ribaund edib, 2 məhsuldar ötürmə verib. MBA tarixində yalnız bir basketbolçu hansısa oyunda Kobidən artıq xal toplayıb. Söhbət 100 xal toplayan Uilt Çemberlendən gedir. Kobinin “Toronto” ilə oyunda geydiyi idman ayaqqabısı Basketbolun Şöhrət zalında qorunur. Bildiyiniz kimi, Kobi, 13 yaşlı qızı Cianna və daha 7 şəxs 2020-ci il yanvarın 26-da Los-Anceles yaxınlığında baş verən helikopter qəzasında həyatını itirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul