Brayantın maykası 915 minə satıldı

10.03.2024 11:10 186
İdman
Kobi Brayantın 2009-cu ildə “Leykers”in heyətində MBA finalında geydiyi oyun forması hərracda 915 min dollara satılıb.

“Football-plus.az” xəbər verir ki, Brayant həmin formanı “Orlando” ilə final seriyasının 3-cü oyununda geyib, həmin gün 31 xal toplayıb və 8 məhsuldar ötürmə verib. Klubu isə 104:108 uduzub. Məğlubiyyətə baxmayaraq, “Goldin Auctions” hərracının 29 iştirakçısı bu xatirə forması uğrunda mübarizə aparıb.

Bütün karyerasını (1996-2016) “Leykers”ə həsr edən mərhum basketbolçu bu komandanın heyətində 5 dəfə MBA çempionu olub, 18 dəfə Ulduzların oyununa qatılıb.