Qurbanov və Sadıqov jurnalistlərin qarşısına çıxacaq

31.05.2024 13:15 156
Ölkə futbolu
İyunun 2-də "Qarabağ" və "Zirə" arasında keçiriləcək ölkə kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16.30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı 17.30-da başlayacaq.

“Qartallar”ın media üçün açıq məşqi saat 18.00-da start götürəcək.