"Bayer-04"ün Bakıda açıq məşqi və mətbuat konfransı olmayacaq

5.03.2024 15:00 294
Ölkə futbolu / Avropa Liqası
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı sabah saat 13.00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 17.30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın Bakıda oyundan əvvəl açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21.45-də başlayacaq.