Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
"Football-plus.az" xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18.30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın açıq məşqi 20.00-da, mətbuat konfransı isə 21.20-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.