• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliya Çempionlar Liqasına 6-cı komandanı necə çıxara bilər?

Çempionlar Liqası

27-05-2024, 19:0

Çərşənbə günü Avropa Liqasının (AL) finalında “Bayer-04”ü darmadağın etməklə (3:0) ilk dəfə qitə kubokunun sahibi olan “Atalanta” yalnız öz azarkeşlərini sevindirmədi.

“Football-plus.az” xəbər verir ki, bu qələbə “Roma”lıların da işinə yaraya bilər. Necə? İndi sizi qəribə şərtlərlə tanış edəcəyik.

“Atalanta” nə üçün 5-ci yerdə qalmalıdı?
Bəli, paytaxt komandası hətta mövsümü 6-cı yerdə başa vuracağı halda belə Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilər. Amma ağlagəlməz ssenarinin reallaşması üçün bir sıra şərtlər yerinə yetirilməlidi.

Əsas şərt hazırda A seriyasında 5-ci yerdə olan “Atalanta”nın mövsümü elə bu pillədə başa vurmasıdı. Yekun turnir cədvəlində ən pis halda 4-cü yerdə görünsə, İtaliya üçün ÇL-də bonus “yuva”sını “uçuracaq”. Bu mənada qəribəliklərin sayı heç də az deyil. Məsələn, “Atalanta” ölkə çempionatında sonuncu matçını 38-ci turdan sonra keçirəcək: “Fiorentina” ilə 29-cu turdan təxirə salınan ev oyunu iyunun 2-nə təyin olunub. Ortaya təbii sual çıxır: bu, nə üçün belə alınıb?

Kimə nə lazımdı?
Artıq “Atalanta”nın növbəti mövsümdə ÇL-də oynayacağı dəqiqləşib. Əvvəlcə bu turnirə A seriyasından vəsiqə qazanan Can Pyero Qasperininin komandası bir neçə gün əvvəl AL-in qalibi olmaqla özü üçün ikinci yolu da açıb. Qeyd edək ki, UEFA-nın avrokubokların 2024/25 mövsümü üçün nəzərdə tutduğu yeniliklərdən birinə əsasən, ən çox əmsal qazanan iki ölkəyə ÇL-də əlavə bir yer verilir. İtaliya artıq cari mövsümdəki göstəricisinə (21,000) əsasən Almaniya (19,357) ilə birlikdə iki vəsiqəni təmin edib. Başqa sözlə, A seriyası ən nüfuzlu klub turnirində 5 komanda ilə təmsil olunacaq.
Bəs “Atalanta”nın bu liqanı ilk “4-lük”də başa vurması başqa komandaların işinə nə üçün yaramaya bilər? “Roma”ya berqamoluların 5-ci yerdən yuxarı qalxmaması niyə lazımdı?

Məsələ AL-in qalibi üçün nəzərdə tutulan bonus xarakterli vəsiqə ilə bağlıdı. Mövcud qaydaya əsasən, bu turnirin çempionu ölkə çempionatından ÇL-ə yollanmaq hüququ qazanmayıbsa, ölkəsi üçün əlavə vəsiqə təmin edir. Bu qayda əvvəlcədən liqa üçün nəzərdə tutulan yerlərə görə tətbiq olunur. İtaliyanın misalında mövsümü ilk 4 yerdən birində başa vuran komanda ÇL-də çıxış edir.

A seriyasının təmsilçilərinin cari mövsümdə bütün liqalardan çox əmsal toplamaqla ÇL-ə 5-ci vəsiqəni qazanması vəziyyəti bir qədər dəyişir. AL-in qalibinə daha yüksək avrokuboka verilən əlavə vəsiqə kontekstində İtaliya səviyyəsində olan liqa üçün iki ssenari reallaşa bilər:
1. Ölkə çempionatında ilk “4-lüy”ə düşə bilməyən komanda ÇL-də bonus “yuva”sına “qonur”.
2. Ölkə çempionatında ilk “4-lüy”ə düşən komandaya ÇL-də bonus “yuva”sı lazım deyil. Əlavə vəsiqə UEFA-nın klublar üçün hesabladığı reytinq bölgüsünə əsasən müəyyənləşir (əksər hallarda məhz belə olur).
Bu səbəblərdən “Atalanta”nın çempionatı hansı yerdə başa vuracağı vacib məsələdi. Berqamolular hər halda 5-ci yerdən aşağı düşməyəcəklər.

A seriyasında etimal olunan mənzərə
“Atalanta”nın çempionatı 3-5-ci yerlərdə başa vurmaq ehtimalı var. Qeyd etdiyimiz kimi, “qara-göylər”in ehtiyatda bir oyunu qalıb. Onlar itirilən xallara əsasən A seriyasının 3-cü, real turnir cədvəlində isə 5-ci komandasıdı. 37-ci turdan sonrakı vəziyyət aşağıdakı kimidi:

1. İnter 37 29 6 2 87-20 93
2. Milan 37 22 8 7 73-46 74
3. Bolonya 37 18 14 5 54-30 68
4. Yuventus 37 18 14 5 52-31 68
5. Atalanta 36 20 6 10 67-39 66
6. Roma 37 18 9 10 64-44 63
7. Latsio 37 18 6 13 48-38 60
8. Fiorentina 37 16 9 12 58-44 57
9. Torino 37 13 14 10 36-33 53
10. Napoli 37 13 13 11 55-48 52

“Atalanta” İtaliya kubokunun (artıq “Yuventus”a 0:1 hesabı ilə məğlub olub) və AL-in, “Fiorentina” isə Konfrans Liqasının (KL) finalına çıxdığı üçün bu komandalar arasında ikinci dövrənin təxirə salınan matçını keçirmək mümkün olmayıb. Berqamodakı oyun mövsümün sonuncu turundan bir həftə sonra baş tuta biləcək. Deməli, həmin matça qədər “Atalanta”nın ÇL-dəki yerlərə necə təsir edə biləcəyi məlum olacaq.
Yeri gəlmişkən, 38-ci turda “ÇL zonası”nda olan əksər komandaların təqvimi heç də çətin deyil: “Bolonya” səfərdə “Cenoa”, “Yuventus” evdə “Montsa”, “Atalanta” öz meydanında “Torino”, “Roma” isə səfərdə “Empoli” ilə qarşılaşacaq. Sonra isə “Atalanta” - “Fiorentina” oyunu keçiriləcək. Artıq ÇL-də oynamaq hüququ qazanan komandaların sonuncu turu qalib başa vuraq ehtimalının yüksək olduğunu nəzərə alsaq, “Atalanta”nın “Fiorentina” ilə matçdan əvvəl indiki kimi 3-cü yerdəki “Bolonya”dan 2 xal geri qalacağını göz önünə gətirə bilərik. Başqa sözlə, beqamolular hər şeyə özləri nəzarət edəcəklər.
Hazırda 8-ci yerdə olan “Fiorentina” adi qaydada bu mövqeyinə görə avrokuboklara vəsiqə qazana bilmir. Lakin KL-in mayın 29-na təyin olunan “Olimpiakos” ilə finalında qələbə florensiyalılara AL-in gələn mövsümündə iştirak hüququ verəcək.

“Benfika”nın aqibəti də “Atalanta”dan asılıdı
Yetərincə maraqlı olan mövzunu yekunlaşdıraq. “Atalanta” ölkə çempionatını ilk “4-lük”də başa vursa, AL-də qələbəyə görə bonus-vəsiqəyə ehtiyacı olmayacaq: A seriyasından ÇL-ə ilk yeri tutan komandalar yollanacaqlar. Bu halda berqamoluların finişdə üstələyəcəyi və bu liqanı 5-ci yerdə bitirəcək komanda (ya “Bolonya”, ya da “Yuventus”) ən nüfuzlu klub turnirində iştirak edəcək, “Roma” isə 6-cı yerin sahibi kimi AL-ə vəsiqə qazanacaq.
Belə halda ÇL-dəki bir yerin sahibini klub reytinqi müəyyən edəcək. Hazırda bu planda “Benfika” daha şanslıdı. Yeni qaydalardan xəbəri olan lissabonlular finalda “Bayer-04”ə azarkeşlik ediblər. Leverkuzenlilərin “Atalanta” üzərində qələbəsi Portuqaliya klubu üçün birbaşa ÇL-in qrupuna yol açacaqdı. Çünki bu halda AL-in qalibinə verilən əlavə vəsiqə qaydasına ehtiyac duyulmayacaqdı. Səbəb “Bayer-04”ün çempion kimi ÇL-də oynamaq hüququ qazanmasıyla bağlıdı. Amma berqamoluların inamlı qələbəsi lissabonluları iyunun 2-nə qədər İtaliya çempionatını diqqətlə izləməyə vadar edir.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

29-04-2024, 21:0

İtaliya ÇL-ə 5-ci vəsiqəni necə qazandı?

Dünya futbolu

4-03-2023, 16:0

Mourinyo Çempionlar Liqasına vəsiqə qazana bilməsə...

Dünya futbolu

25-05-2024, 19:0

Həmkarlarını arxada qoydu

Dünya futbolu

7-04-2024, 18:0

“Atalanta” Florensiyadan yenə əliboş döndü

Dünya futbolu

25-12-2023, 18:0

“Jirona” ÇL-ə vəsiqə qazansa…

Dünya futbolu

29-12-2022, 12:0

Merih Demiral tezliklə “Atalanta”nı tərk edə bilər

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 105
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 103
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə