• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliya ÇL-ə 5-ci vəsiqəni necə qazandı?

Çempionlar Liqası

29-04-2024, 21:0

Avrokuboklarda 1/4 finala yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, İtaliya Çempionlar Liqasında (ÇL) bu mərhələdə təmsil olunmasa da, Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) qeydə alınan son nəticələr bu ölkənin azarkeşlərini ikiqat sevindirib. Səbəb A seriyasının ÇL-in növbəti mövsümündə azı 5 komanda ilə təmsil olunmasının rəsmiləşməsi ilə bağlıdı.

ÇL-ə 6-cı vəsiqə də qazanıla bilər
Aprelin 14-də “Roma” ilə “Atalanta” AL-də uyğun olaraq, “Milan”ı və “Liverpul”u, “Fiorentina” isə KL-də “Viktoriya”nı (Plzen) mübarizədən kənarlaşdırmaqla yarımfinala adladı. Nəticədə ÇL-in növbəti mövsümündə İtaliyanın 5 komandasının iştirak edəcəyinə aydınlıq gəldi. A seriyası 5-ci vəsiqəni UEFA-nın əmsallar cədvəlində bu mövsüm üçün ən yaxşı iki nəticədən birinə nail olmasıyla qazanıb. Bu, 2024/25 mövsümündən iştirakçı sayı 32-dən 36-ya artırılacaq ÇL-də nəzərdə tutulan yeniliklərdən biridi.

Maraqlıdı ki, A seriyası bu turnirə 6-cı komandasını da buraxa bilər. Bunun üçün “Roma” və ya “Atalanta” AL-in qalibi olmalı və ölkə çempionatını ilk “5-lik”də başa vurmamalıdı. Yeri gəlmişkən, indi A seriyasında “Roma” 33 oyuna 58 xalla 5-ci, “Atalanta” isə 32 oyuna 54 xalla 6-cı yeri tutur.

Xallar necə hesablanır?
Qeyd edək ki, cari avrokubok mövsümündə ən çox əmsal toplayan iki liqa ÇL-də əlavə yerlə təmin olunacaq. Adətən, buna qitənin 5 aparıcı ölkə çempionatının təmsilçiləri nail olduğundan İtaliyadan sonra digər vəsiqəni də “böyük beşliy”ə daxil olan liqasının qazanacağı böyük ölçüdə müəyyənləşib. Qeyd edək ki, son illər mövcud olan qaydaya əsasən əmsallar cədvəlində ilk 4 yeri tutan liqalar ÇL-də maksimum sayda - 4 komanda ilə təmsil olunurlar. Bu, son 5 mövsüm ərzində formalaşan cədvələ görə müəyyənləşir. Turnirin yeni formatında son mövsüm ərzində ən çox əmsal qazanan iki ölkəyə əlavə bir vəsiqənin verilməsi nəzərdə tutulub. Hazırda əmsallar cədvəlinin cari mövsümündəki vəziyyət aşağıdakı kimidi:
1. İtaliya 19,428
2. Almaniya 17,928
3. İngiltərə 17,375
4. Fransa 16,083
5. İspaniya 15,312
6. Belçika 14,200

Almaniya daha şanslı görünür

Hər bir ölkənin əmsalını klubların mövsüm ərzindəki göstəricilərinin cəmi təşkil edir. Əmsal oyunlardakı nəticələr və avrokuboklarda keçilən müvafiq mərhələlərə əsasın formalaşan ümumi xalın komanda sayına bölünməsi ilə müəyyənləşir. Xallar isə əsas mərhələdə (qrup turnirindən başlayır) belə hesablanır: komandalara qələbəyə görə 2, heç-heçə üçün 1 xal verilir. Oyun əlavə vaxta qədər uzanırsa, penalti seriyasının yox, 120 dəqiqəlik mübarizənin nəticəsi əsas götürülür. Bütün avrokuboklarda yarmfinala və finala qazanılan vəsiqəyə görə bonus xalları verilir.

İtaliya artıq riyazi cəhətdən mövsümün ilk 2 pilləsindən birini təmin etdiyi üçün ÇL-də 5-ci vəsiqəni qazanıb. Bu turnirə 6-cı vəsiqə isə “Roma” və ya “Atalanta” AL-in qalibi olması və qalib komandanın A seriyasında mövsümü 5-ci yerdən aşağıda başa vurması halında əldə edilə bilər. Bu halda İtaliya çempionatını ilk 4 yerdə bitirəcək iştirakçılar və AL-in yeni çempionu ÇL-də oynayacaqlar. Ən nüfuzlu klub turnirində bonus hesabına çıxış edəcək komanda isə A seriyasında AL-in qalibinin mövsümü hansı sırada başa vuracağından asılı olaraq müəyyənləşəcək. Bu, hazırkı vəziyyətdə 5-ci və ya 6-cı yeri tutan komanda ola bilər.

Təxminən eyni vəziyyət Almaniyada da yaşanır. Bundesliqada 30-cu turdan sonra 5-ci yerdə olan “Borussiya” ÇL-də mübarizəni davam etdirir. Başqa sözlə, Dortmund klubu turnirin qalibi olmaqla yeni mövsümdə də yerini təmin edə bilər. İstənilən halda ÇL-də ikinci əlavə vəsiqə uğrunda mübarizədə Almaniya daha şanslı görünür. İtaliyadan başqa aparıcı liqaların qitə kuboklarında yarımfinala çıxan digər təmsilçilərini də xatırladaq:
Almaniya: “Bavariya”, “Borussiya” (D), “Bayer-04”.

İngiltərə: “Aston Villa”.
Fransa: PSJ, “Marsel”.
İspaniya: “Real”.

Əlbəttə, 1/4 finalın cavab oyunlarından sonra İngiltərə üçün adət edilməyən vəziyyətin yaranması xüsusi vurğulanmalıdı. “Mançester Siti” ilə “Arsenal”ın ÇL-də, “Liverpul”un AL-də mübarizəni dayandırması premyer-liqanın UEFA-nın əmsallar cədvəlində mövsüm ərzində ilk dəfə 2-ci yerdən aşağı düşməsinə səbəb olub. Almaniya klubları isə ideal çıxışla yadda qaldılar. Bundesliqanın ÇL-də yeni formata əsasən əlavə 5-ci yeri qazanması üçün aşağıdakı nəticələrdən biri reallaşmalıdı:

* qalan bütün oyunlarda iki qələbə qazanmaq;
* qalan bütün oyunlarda üç heç-heçəyə nail olmaq;
* qalan bütün oyunlarda bir qələbəyə və iki heç-heçəyə nail olmaq;
* qalan bütün oyunlarda iki heç-heçəyə və bir komandanın finala çıxmasına nail olmaq.
Bundesliqa təmsilçilərinin bu şərtlərdən birini həyata keçirməsi real görünür.

5-ci yeri hansı komandalar tuturlar?
Aparıcı liqalarda aprelin 26-na olan vəziyyətə əsasən ilk sıralara nəzər salaq. ÇL-ə əlavə vəsiqə baxımından zəruri olan 5-ci yeri (Fransada 4-cü) hansı komandaların tuta biləcəyi daha çox maraq doğurur.

İtaliya. Mövsümün finişinə 5 tur qalmış ilk 4 yeri “İnter”, “Milan”, “Yuventus” və “Bolonya” tutur. 5-ci yerdəki “Roma” 6-cı olan “Atalanta”nı 4 xal qabaqlayır. Amma “Atalanta”nın ehtiyatda bir təxirə salınan oyunu var.

Almaniya. Mövsümün finişinə 4 tur qalmış ilk 4 yeri “Bayer-04”, “Bavariya”, “Ştutqart” və “Leyptsiq” tutur. 5-ci yerdəki Dortmund “Borussiya”sı 6-cı olan “Ayntraxt”ı (Frankfurt) 12 xal qabaqlayır.

İngiltərə. Mövsümün finişinə 4 tur qalmış ilk 4 yeri “Arsenal”, “Mançester Siti”, “Liverpul” və “Aston Villa” tutur. 5-ci yerdəki “Tottenhem” 6-cı olan “Mançester Yunayted”i 7, 7-ci olan “Nyukasl”ı 10 xal qabaqlayır. Amma MS, MY və “Nyukasl”ın ehtiyatda bir, “Tottenhem”in iki təxirə salınan oyunu var.
İspaniya. Mövsümün finişinə 6 tur qalmış ilk 4 yeri “Real”, “Barselona”, “Jirona” və “Atletiko” tutur. 5-ci yerdəki “Atletik” 6-cı olan “Real Sosyedad”ı 7 xal qabaqlayır.

Fransa. Liqa 1-dən ÇL-ə birbaşa vəsiqəni ilk 3 yeri tutan komandalar qazanırlar. Mövsümün finişinə 4 tur qalmış ilk bu mövqedə PSJ, “Monako” və “Brest” qərarlaşıb. 4-cü yerdəki “Lill” 5-ci olan “Nitsa”nı 4 xal qabaqlayır.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-08-2023, 15:0

“Yuventus”dan alınan vəsiqə “Fiorentina”ya verildi

Çempionlar Liqası

16-03-2023, 17:0

A seriyası 2006-cı ildən sonra ilk dəfə...

Dünya futbolu

15-01-2024, 17:0

A seriyası kiçiləcək?

Dünya futbolu

29-05-2023, 15:0

“Yuventus”un 12 illik seriyası qırıldı

Manşet / Konfrans Liqası

17-03-2023, 02:0

“Sivasspor” “Fiorentina” səddini adlaya bilmədi - YENİLƏNİB

Ölkə futbolu

25-02-2024, 00:0

Azərbaycan avrokuboklarda qalan 19 ölkədən biridi!

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə