İtaliya çempionatında may ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Bu nominasiyanın qalibi “Atalanta”nın çalışdıran Can Pyero Qasperini olub. Onun komandası bu ay A seriyasında 3 oyun keçirib və bu matçların hamısında qalib gəlib. “Atalanta” mövsümün sonuna 1 tur qalmış çempionatda 66 xalla 5-ci yerdədi. Amma ehtiyatda bir təxirə salınan oyunu olan komanda mövqeyini yaxşılaşdıra bilər.
Qeyd edək ki, Qasperini 2016-cı ilin iyunundan “Atalanta”nın baş məşqçisidir. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.