İtaliya mətbuatında Merih haqda yayılan digər məlumat onun tezliklə ''Atalanta''nı tərk edə biləcəyi ilə bağlıdı.
Football-plus.az xəbər verir ki, ''Atalanta''nın heyətində çox yaxşı mövsüm keçirən Dəmiral bir neçə gün sonra açılacaq “transfer pəncərəsi” zamanı ''Mançester Yunayted'', “İnter” və ya ''Atletiko''ya yollana bilər.
Şayiələrə inansaq, bu futbolçunun baş məşqçi Canpyero Qasperini ilə də münasibətləri qaydasında deyil. Təsadüfi deyil ki, Merih A seriyasının son 2 turunda 180 dəqiqənin cəmi 21 dəqiqəsində meydanda olub. Daha öncə ''Yuventus''da forma geyən istedadlı müdafiəçi ötən mövsüm icarə əsasında ''Atalanta''da çıxış etmişdi.
42 rəsmi oyuna çıxaraq inamlı təsir bağışladıqdan və üstəlik 2 qol, 3 məhsuldar ötürmə ilə fərqləndikdən sonra ''Atalanta'' bu yay onu 20 milyon avroya daimi əsasda transfer etdi. Merihin bu klubla 2026-ya qədər müqaviləsi var. Berqamo təmsilçisi onu 20 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.