• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bəlkə də həmin qərəzli qərarlar olmasaydı, bu qədər xal itirməzdik” - Turan Manafov

Premyer-liqa / Manşet

24-05-2024, 23:0

“Araz-Naxçıvan” premyer-liqadakı ilk ilində uğurlu ola bilmədi.

Belə ki, “qırmızı-ağlar” mövsümün əvvəlində yüksək yerlər uğrunda mübarizə aparırdısa, indi hədəf 8-ci yeri tutmaqdı. Başverənlərlə bağlı komandanın aparıcı oyunçularından biri, son vaxtlar adı tez-tez transfer xəbərlərində görünən Turan Manafovla danışdıq.

- Komandanın hazırda qərarlaşdığı yer sizi qane edir?
- Xeyr. Fikrimcə, qışaqədərki vəziyyətə, yəni qazandığımız qələbələrə, xallara görə bu yerə layiq deyilik. Sadəcə, bu mənim öz düşüncəmdi. Ancaq reallıq odu ki, bu gün “Araz-Naxçıvan” turnir cədvəlində 9-cu pillədədi. Çox xal itirdik. Xal itirdiyimiz oyunların müəyyən bir hissəsində günah bizdə idisə, böyük hissəsində hakim qərarlarının təsiri oldu. Bu da öz növbəsində komandaya çox təsir etdi. İkincisi, uduzduğumuz oyunlarda belə həqiqətən də pis futbol oynamamışıq. Yəni əksər qarşılaşmalarda məğlub olsaq belə, baxımlı oyun sərgiləmişik. Dediyim kimi, yenə də öz fikrimdə qalıram. Komandanın hazırda yer aldığı pillə məni qane etmir.

- Mövsümə yaxşı başlamışdız, lakin bir müddət durğunluq, ardından geriləmə baş verdi. Bunu nə ilə əlaqələndirisən?
- Doğrudu, mövsümə həddən artıq yaxşı başladıq. Əslində yaxşı da gedirdik və davamının da yaxşı gələcəyini düşünürdük. Ancaq qış fasiləsinin sonuncu oyunundan sonra hakim idarəçiliyi ilə bağlı bizə münasibətdə çox qərəzli qərarlar oldu. Yəni bunlar faktdı, danılmazdı. O qədər oyun saya bilərəm ki... Həqiqətən bəlkə də həmin qərəzli qərarlar olmasaydı, biz bu qədər xal itirməzdik. Ən azı 4-5-ci yerləri tuta bilərdik. Ancaq hakim qərarları buna mane oldu. Doğrudu, öz səhvlərimiz ucbatından da məğlub olduğumuz oyunlar oldu, amma çox az. Qısası, komandanın bu yerdə olmasının başlıca səbəblərindən biri kimi qərəzli hakim qərarlarını göstərə bilərəm.

- Azər Bağırovla şəxsi münasibətlərində problem olub? Çünki onun komandadan ayrılmasının səbəblərindən biri kimi Orxan Əliyevlə yanaşı, səninlə də yola gedə bilməməsi göstərilir.
- Bu barədə harda deyilib, yazılıb, bilmirəm. Amma Azər Bağırovla məşqçilikdən əlavə bir dost kimi yaxın münasibətim var. Ailəmi də tanıyır, çox yaxşı münasibətimiz var. Ara-sıra görüşüb-danışırıq. Həqiqətən də məşqçilikdən kənarda bir dost, yoldaş kimiyik. Yəni vaxt olanda görüşüb-söhbətləşirik, çay içirik. Elə bil şey qətiyyən olmayıb. Verdiyiniz sualın tam əksi, elə bura gələndə də əsas səbəbkar Azər müəllim olmuşdu. Doğrudu, ona qədər, sadəcə, adını eşitmişdim, ancaq şəxsiyyət kimi bura gələndən sonra tanıdım. Həm məşqçi, həm də insan kimi super şəxsiyyətdi. Ona görə də qalan fikirlər absurddu. Bunu Azər müəllimin özündən də soruşa bilərsiz. Bəlkə də komandada məşqçilər heyətindən ən yaxşı münasibətim Azər müəllimlə olub. Klubdan ayrılmağının fərqi yoxdu. Hətta klubdan ayrılandan sonra da 3-4 dəfə görüşmüşük. Həm telefonla danışmışıq, həm də üzbəüz söhbətləşmişik. Dediyim kimi, futbol cəhətdən heç danışmağıma ehtiyac yoxdu. Çünki əsas insanlıqdı. Azər müəllim də insan kimi insandı.

- Yeni baş məşqçiniz Elmar Baxşıyevin idarəçiliyi necədi? Öz oyun fəlsəfəsini sizlərə aşılaya bilib?
- Elmar Baxşıyevin idarəçiliyinə qiymət verə bilmərəm. Bu barədə fikir bildirməyim düzgün olmaz. Hər bir məşqçi kimi, onun da bir fəlsəfəsi var. Bu komandada olacağım sonuncu günə qədər də onun qoyduğu qayda-qanunlara uyğun hərəkət edəcəm. Oyun fəlsəfəsi deyəndə ki, doğrusu, Elmar müəllimin komandaya gəlişindən sonra o qədər də çox vaxtımız olmadı. Ancaq öz oyun sistemində nə istədiyini məşqlərdə bizə göstərir. Biz də öz növbəmizdə çalışırıq ki, onun tapşırıqlarına əməl edək.

- Son vaxtlar adın daim transfer xəbərlərində hallanır, həm yerli, həm də başqa ölkələrdən olan klubların maraq dairəsində olduğun deyilir. Komandadakı taleyinlə bağlı qərar vermisən?
- Yalan məlumat deyil, həqiqətən də təkliflər var idi. Sadəcə, “Araz-Naxçıvan”la müqaviləm var. Bu üzdən də mənim tərəfimdən bu mövzu böyüdülmədi. Həm ölkədən, həm də xaricdən təkliflər oldu. Lakin müqaviləmə və komandamın indiki durumuna görə maraqlanmadım. Taleyimlə bağlı hələ ki konkret qərar verməmişəm. Mövsümün yekunlaşmasını gözləyirəm. Ondan sonra gələcək karyeramla bağlı düşünüb-daşınıb qərar verəcəm. İndiki halda ani qərar vermək istəmirəm. Yəni hara olur-olsun, inşallah, xeyirlisi nədisə, həmin qərarı da verəcəm.

- “Araz-Naxçıvan”la müqaviləni yeniləyəcəksən, yoxsa təklifləri dəyərləndirəcəksən?
- Həqiqətən də necə olacağını bilmirəm. Üzümüzə gələn ayda boşluqdan istifadə edərək, fikirləşib qərarımı verəcəm.

- Hazırda həm mərkəzi Avropada, həm də qardaş Türkiyədə legioner həyatı yaşayan futbolçularımız var. Legioner seçimi etsəydin, hansı ölkəni seçərdin?
- Türkiyə və ya Avropa - fərq eləmir. Yəni harda daha çox inkişaf edə biləcəyəmsə, hansı ölkənin şərtləri məni qane edirsə, ümumiyyətlə, yaşamaq üçün hara mənə daha rahatdısa, seçimimi də bu yöndə edəcəm. Belə baxanda Türkiyə də Avropa sayılır. Qeyd etdiyim kimi, sırf ad olaraq Türkiyə və ya Avropa seçimi etməyəcəm. Sadaladığım meyarlara uyğun olan seçimi dəyərləndirəcəm.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

12-04-2024, 00:0

“Araz-Naxçıvan”ın 2-ci yerə çatmaq şansı çox azdı” – avrokubok təmsilçiliyimiz necə olacaq?

Manşet / Müsahibə

5-04-2024, 15:0

"Bizdən asılı olmayan bəzi proseslər baş verir və mərkəzdə bizik" - Azər Bağırov nədən narahatdı?

Ölkə futbolu / Premyer-liqa

20-04-2024, 16:0

“Sektor-85” "Araz-Naxçıvan"ın oyunlarını boykot edib? - AÇIQLAMA

Aktual / Ölkə futbolu

29-01-2024, 17:0

"Bu oyunun “Araz-Naxçıvan”ın adına layiq olduğunu deyə bilərəm"

Premyer-liqa / Manşet

21-01-2024, 19:0

"Araz-Naxçıvan" Naxçıvana qayıdır - iş başladı, hədəf bəlli oldu

Premyer-liqa

10-03-2024, 17:0

Fasilədən sonra yalnız bir qələbə qazanan “Araz-Naxçıvan” günahı özündə axtarsın!

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 19:18
    "Qəbələ"dən növbəti qol - YENİLƏNİR
  • Bu gün, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Bu gün, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Bu gün, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 224
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 190
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə