“Qarabağ”la çempionat oyununu izləyənlər arasında “Araz-Naxçıvan”ın sabiq mətbuat katibi Tahir Tahiroviç də var idi.
Onunla sabiq komandası barədə danışdıq:
“Araz-Naxçıvan”ın ötən ilin sonuna kimi sərgilədiyi oyun debütant üçün çox yaxşı idi. Yəni az bir vaxtda toparlanmış komanda üçün bu çox böyük göstəricidi. Hətta bir neçə tur ilk “üçlük”də oldular. Nəzərə alaq ki, fasilədən dönən komandalarda, adətən, axsamalar baş verə bilir. Bu normaldı. “Araz-Naxçıvan”ın bundan sonrakı turlarda toparlanacağına, yenə də futbol həvəskarlarını təəccübləndirəcəyinə inanıram. Hətta düşünürəm ki, “Araz-Naxçıvan” bundan sonra sərgiləyəcəyi oyun, qələbələri ilə tamaşaçıları artıq təəccübləndirməyəcək. “Qarabağ”la oyuna gəlincə, bunu bir azarkeş kimi yox, tam səmimiyyətimlə deyirəm ki, başabaş mübarizə apardıq. Bu oyunun “Araz-Naxçıvan”ın adına layiq olduğunu deyə bilərəm. Futbolçular sonacan vuruşdular. Baxmayaraq ki, iki əsas oyunçumuz - Vanderson, Azzaui - bu oyunu buraxırdı. Komandanın sonrakı oyunlarda qələbələrlə azarkeşlərini sevindirəcəyini düşünürəm”.
KAMAL SƏFƏR