“Hər kəs bu oyundan danışır” – harda, hansı oyundan?

24.05.2024 15:15 197
Ölkə futbolu / Manşet
"Sumqayıt" mayın 25-də keçiriləcək "Qəbələ" ilə oyunla bağlı “Açıq qapı” elan edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19.00-da başlayacaq. Görəsən, “açıq qapı” siyasəti nə dərəcədə effekt verəcək, tribunalar dolacaqmı? Bu suallarla “Kimyaçılar” azarkeş qrupunun rəhbəri Sənan Mirzəyevə müraciət etdik:

"Şəhərimizdə oyuna maraq böyükdü. Hər kəs bu oyundan danışır. Hamı avrokuboklara getmək sevincini klubla bir yerdə yaşamaq istəyir. Tribunaların dolacağını gözləyirəm. Çünki azarkeşlər ən çətin vəziyyətlərdə komandamızı tək qoymayıb. Avrokubok həyəcanını Samir Abasovla bir yerdə yaşamaq istəyirik".

GÜNAY SÜLEYMANOVA