“Bütün sumqayıtlılar inanır ki, qalib gəlib, avrokuboklara vəsiqə qazanacağıq”

20.05.2024 13:30 223
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 35-ci turunda "Sabah"a uduzan "Sumqayıt" 5-ci pilləyə endi.

Görəsən, "Sumqayıt"ın azarkeş qrupu "Kimyaçılar" bu haqda nə düşünür? Son turda "Qəbələ" ilə oyunda nələr gözləyirlər? Bu suallarla sözügedən azarkeş qrupunun rəhbəri Sənan Mirzəyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Sabah"a məğlubiyyət haqda şərh vermək istəmirəm. Ona görə ki, həmin oyunu unudub, "Qəbələ" ilə evdəki matça fokuslanmaq istəyirik. Hər şey bizim üçün cərəyan edir. Bütün sumqayıtlılar inanır ki, qalib gəlib, avrokuboklara vəsiqə qazanacağıq. Çünki bizim komanda Avropaya layiq komandadı".

GÜNAY SÜLEYMANOVA