"Sumqayıt" "Açıq qapı" elan etdi

20.05.2024 16:59 204
Ölkə futbolu
"Sumqayıt" premyer-liqanın sonuncu - 36-cı turunda "Qəbələ"ni qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" mövsümün sonuncu və çox vacib oyunu olduğunu nəzərə alaraq “Açıq qapı” elan edib.

Belə ki, bu tur çərçivəsində 25 may, saat 19.00-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” qarşılaşmasına giriş biletsiz olacaq.