Görəsən, satış üçün nəzərdə tutulan 9000-ə yaxın biletin hamısı tükənib? Açılış mərasimində iştirak edəcək xüsusi qonaqlar olacaqmı? Bu sualları "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevə ünvanladıq. Onun "football-plus.az"a söylədikləri:
"Bəli, artıq bilet satışı sona çatıb. Tədbirdə yüksək səviyyəli qonaqların iştirakı gözlənilir. Onlar arasında Gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbəri Rövşən Nəcəf, "Neftçi"nin icraçı direktoru Fərrux Mahmudov, Sumqayıtın icra başçısı Zakir Fərəcov, AFFA vitse-prezidentləri, "Azərkimya"nın rəhbərliyi, deputatlar və Sumqayıt YAP-ın sədri var".
GÜNAY SÜLEYMANOVA



