Tilo Kerer artıq “Vest Hem”ə bağlı deyil.
O, London klubunu birdəfəlik tərk edib. “Monako” xidmətindən icarə əsasında istifadə etdiyi futbolçunun transfer hüququna sahib olub. “Knyazlıq klubu”nun müdafiəçiyə görə nə qədər ödəməsinə rəsmən aydınlıq gətirilmir. Amma 27 yaşlı almaniyalı futbolçu ilə 4 il müddətinə müqavilə bağlandığı məlumdu.
Kerer bu mövsüm Fransa çempionatında meydana çıxdığı 15 oyunda 1 qol vurub.