Malik Tilmann artıq “Bavariya”nın oyunçusu deyil.
“Football-plus.az” xəbər verir ki, o, Almaniya nəhəngini birdəfəlik tərk edib. PSV xidmətindən icarə əsasında yararlandığı yarımmüdafiəçini münhenlilərdən 12 milyon avroya alıb. 21 yaşlı Malik Niderland klubu ilə ölkə çempionluğunu qazanıb. Amerikalı futbolçu bütün turnirlərdə meydana çıxdığı 37 oyunda 9 qol vurub və 15 məhsuldar ötürmə edib.