Tilo Kerer PSJ-ni tərk edib. O, karyerasını İngiltərədə davam etdirəcək.
25 yaşlı futbolçusu “Vest Hem” transfer edib. London klubunun saytının xəbərində alman müdafiəçi ilə “4+2 il”sxemi üzrə müqavilə imzalanıb. Kerer yeni komandasında “24” nömrəli forma ilə çıxış edəcək.
Tilo PSJ-də 2018-ci ildən çıxış edir. O, bu komandada ümumilikdə meydana çıxdığı 128 matçda 4 qol vurub və 2 qolun ötürməsini verib.
Yeri gəlmişkən, PSJ qapıçısı Aleksandr Letelye ilə yeni müqavilə bağlayıb. 31 yaşlı futbolçunun sözləşməsi 2 illik müddətə nəzərdə tutulub. Aleksandr komandada 2020-ci ilin sentyabrından çıxış edir. O, son üç mövsümdə parislilərin yalnız bir rəsmi matında iştirak şansı qazanıb.