“Çelsi”ni birdəfəlik tərk etdi

19.06.2023 14:28 256
Dünya futbolu
“Çelsi” futbolçusu Tyemue Bakayoko ilə yollarını növbəti dəfə ayırıb.

"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu bu dəfə London klubunu birdəfəlik tərk edib.

İngiltərə klubunun saytının məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Yarımmüdafiəçi “Çelsi”yə 2017-ci ildə 40 milyon avroya “Monako”dan keçmişdi. O, ümumilikdə bu komandada 43 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bakayokonun ötən 6 ildə göy futbolkada az sayda oyun keçirməsinin səbəbi icarə əsasında “Milan”, “Monako” və “Napoli”də çıxış etməsi ilə bağlıdı. Onun Fransa yığmasında 2017-ci ildə yalnız bir oyunda meydana çıxdığını da əlavə edək.