• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” elita ilə vidalaşandan sonra qarşısına çıxanı əzir - REPORTAJ

Premyer-liqa / Manşet

21-05-2024, 20:0

“Qəbələ” növbəti mövsümdən etibarən 1-ci liqada çıxış edəcəyi dəqiqləşəndən, yəni 32-ci turdan sonra keçirdiyi hər iki oyundan qələbə ilə ayrılmağı bacarmışdı.
“Qırmızı-qaralar” bu görüşdə də qələbəyə köklənmişdi. Həm də bu, “Qəbələ”nin premyer-liqada doğma azarkeşlər önündə keçirdiyi son matç idi. Elmar Baxşıyev isə ilk dəfə bu stadiona rəqibin baş məşqçisi kimi gəlirdi. O da yeni komandasında özünü sübut etməkdən ötrü “qırmızı-qaralar”ı məğlub etməyə çalışacaqdı.

İlk təhlükəli vəziyyəti Sxadadzenin yetirmələri yaratdı. 3-cü dəqiqədə Eşqin sağ cinahdan cərimə meydançası kənarından sol ayağıyla qapıya qüvvətli zərbə endirdi. Qokiper bu zərbəni dəf etsə də, ardınca Emilin ilk zərbəsini Kadiri blokladı və yenə Emil ikinci cəhddə topu “çərçivə”yə göndərə bildi. Lakin bu Kristian üçün heç bir çətinlik yaratmadı. Moldovalı qapıçı diqqətli oynayaraq qəbələlilərin ardıcıl iki zərbəsinin qarşısını aldı. Bir qədər sonra meydan sahibləri növbəti dəfə uzaq məsafədən qapıya düşməyə çalışdı. Ayzayanın qüvvətli zərbəsi yetərincə, təhlükəli alınsa da az fərqlə qapıdan aralı keçdi. “Qırmızı-qaralar” ilk dəqiqələrdən etibarən meydanda daha fəal təsir bağışlayırdı. 15-ci dəqiqədə Sxadadzenin yetirmələri daha bir qol vəziyyətini dəyərləndirə bilmədi. Allaşın müdafiənin arxasına göndərdiyi ağıl dolu ötürməni Klesio qola çevirə bilmədi. Mozambikli futbolçu təkbətək mübarizədə topu qapıçının üzərinə göndərdi. Klesio 7 dəqiqə sonra daha bir fürsəti boşa verdi. Səfərovun ideal ara ötürməsindən sonra qapıçını da geridə qoyan 29 yaşlı futbolçunun vurduğu zərbə qapı torunu yandan silkələdi. Qəbələ təmsilçisi 44-cü dəqiqədə daha bir qol fürsətindən yararlana bilmədi. Eşqinin qapı önünə yerlə ötürməsini Xalayla boşa verdi. Bu müddət ərzində Muxtar Respublika təmsilçisi, sadəcə, meydanda yaşananlara tamaşa etdi. Nəhayət, 50-ci dəqiqədə “Qəbələ” Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın müqavimətini qıra bildi. Bu dəfə də Emil baxımlı ötürməylə yadda qaldı. Gənc oyunçunun müdafiənin arxasına göndərdiyi topu Allaş başla qapı önündə boş qalan Xalaylaya ötürdü. İsrailli futbolçu bu dəfə “çərçivə”dən yayınmadı – 1:0. 70-ci dəqiqədə Baxşıyevin yetirmələri ilk real təhlükəli vəziyyəti yaratdı. Nəsirlinin qapı önünə ötürməsi zamanı Zamiq hava mübarizəsində Eşqinə qalib gəlsə də, başla zərbəsi qeyri-dəqiq oldu. 80-ci dəqiqədə Allaş yüzfaizlik qol imkanını boşa verdi. Belə ki, Zamiqin qolkiperə yanlış ötürməsi zamanı topu ələ keçirən Əyyubun zərbəsi qapı tirinin üstündən auta çıxdı. Cəmi 1 dəqiqə sonra Allaş ara ötürməsiylə komanda yoldaşı Bileli Avramla üzbəüz qoydu. Fəqət oyunçunun zərbəsi toru yandan silkələdi. 87-ci dəqiqədə Afrilonun müdafiənin arxasına ötürməsindən sonra topla qovuşan Allaş Avramla təkbətək mübarizədən qalib ayrıldı – 2:0. Oyunun əsas vaxtına artırılmış əlavə 3-cü dəqiqədə Vanderson uzaq məsafədən “çərçivə”ni düzgün hədəfə aldı. Lakin Rəşad diqqətli oynadı.

Beləliklə, Elmar Baxşıyev sabiq komandasına qarşı ilk görüşdən məğlub ayrıldı. Sxadadze isə “Qəbələ” ilə ardıcıl qələbələrinin sayını 3-ə çatdırdı.

Gözdən qaçmadı
* Hər oyunda adət etdiyimiz “Şəhidlər ölməz, vətən bölünməz” şüarı bu görüşdə səsləndirilmədi.
* Allaş qol sevincini Sxadadze ilə bölüşdü. Oyunçu əvəzlənəndən sonra da Kaxaber meydançanı göstərərək, Allaşa nəyisə izah etdi.
* “Red-Black Army” tribunada olsa da, “Sektor-85” komandasını tək qoydu.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-04-2024, 21:0

“Kəpəz” əzmkar qələbə ilə “Araz-Naxçıvan”a yaxınlaşdı - REPORTAJ

Premyer-liqa

17-04-2024, 19:0

“Qəbələ” üçün işıq ucu görünmür - REPORTAJ

Premyer-liqa / Reportaj

30-03-2024, 20:0

“Qəbələ” yenə qələbəyə həsrət qaldı - REPORTAJ

Premyer-liqa / Reportaj

5-03-2024, 20:0

Bu dəfə Afriko “Qəbələ”ni “dəfn etdi” - REPORTAJ

Premyer-liqa / Manşet

9-04-2024, 20:0

Utziq sabiq komandasına göz verdi, işıq vermədi - REPORTAJ

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Bu gün, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Bu gün, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Bu gün, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Bu gün, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Bu gün, 19:34
    "İmişli"də yeni təyinat
  • Bu gün, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Bu gün, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Bu gün, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Bu gün, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə