• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ” yenə qələbəyə həsrət qaldı - REPORTAJ

Premyer-liqa / Reportaj

30-03-2024, 20:0

İkihəftəlik fasilədən sonra Misli premyer-liqasında 4-cü dövrə start götürdü.

28-ci turun açılış matçında elitada qalmaq uğrunda çalışan “Qəbələ” 2-ci yerə can atan “Neftçi”ni qəbul etdi. Hər iki komanda qələbəyə böyük ehtiyac duyurdu. Çünki “qırmızı-qaralar” ən yaxın rəqibi “Kəpəz”lə aradakı 11 xal fərqini əritmək, “ağ-qaralar” isə qələbə qazanıb 2-ci pillədə qərarlaşmaq istəyirdi. Nəzərə alaq ki, mövsümün sonuna az qalır və indi hər xal qızıl qiymətindədi. Beləliklə, maraqla gözlənilən oyunu izləmək üçün Qəbələyə yollandım.
Qazon əla vəziyyətdə, hava inanılmaz dərəcədə yaxşı idi. İndi isə oyuna keçək.

Əslində oyunun əvvəli heç də gözləntiləri doğrultmadı. Belə ki, meydanda gərgin, qarşılıqlı mübarizənin şahidi olacağımızı düşünsək də, ilk dəqiqələr bu təəssüratı yaratmadı. Sadəcə, tərəflərin kəsərsiz hücumlarına və mənasız top itkilərinə şahidlik etdik. İlk real qol vəziyyəti meydan sahiblərindən gəldi. 20-ci dəqiqədə Xalaylanın qapı qarşısına ötürməsini Urfan başla qapıya göndərdi. Lakin Rza topun tora qovuşmasına imkan vermədi. “Qəbələ”nin topa nəzarəti fonunda keçən matçda hesabı qonaqlar açdı. Rəqibin müdafiədəki səhlənkarlığını görən Ozobiç topu boş mövqedə olan Lebona ötürdü. Kilan topu sağa çəkərək “çərçivə”ni dəqiq nişan aldı - 0:1. İlk yarıya artırılan dəqiqədə Xalayla qol vursa da, ofsaydda idi.

İkinci hissə isə ilk yarı ilə müqayisədə daha canlı keçdi. 61-ci dəqiqədə Sxadadzenin komandası hesabı bərabərləşdirməyə yaxın oldu. Allaşın standart vəziyyətdən rəqibin cərimə meydançasına asmasını bu dəfə Xalayla qapıya göndərsə də, qolkiper gözəl seyvlə zərbənin qolla nəticələnməsinə mane oldu. Bir qədər sonra “qırmızı-qaralar” yenə fərqlənməyə yaxın idi. Lakin Afrikonun başla zərbəsi qeyri-dəqiq oldu. Təzyiqi artıran meydan sahibləri “ağ-qaralar”ı daha diqqətli oynamağa məcbur edirdi. 83-cü dəqiqədə Raufun sağ cinahdan irəliləyərək cərimə meydançasına yerlə göndərdiyi ötürməni Bauk dəyərləndirməliydi. Mozambiklinin zərbəsi təhlükəli olsa da, qapıdan azca aralı keçdi. Matçın sonlarına yaxın bəzi təhlükəli vəziyyətlərə şahidlik etsək də, “Qəbələ” heç cür məğlubiyyətdən yaxa qurtara bilmədi. Beləliklə, “ağ-qaralar” minimal hesablı qələbə sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksəldi. “Qəbələ”nin isə elitadan düşmək ehtimalı gündən-günə artır. “Qırmızı-qaralar” Sxadadzenin rəhbərliyi altında keçirdiyi ardıcıl 5-ci oyunda da qələbəyə həsrət qaldı.

Gözdən qaçmadı
* Oyundan əvvəl PFL-in texniki-idman direktoru Elgiz Abbasov “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərova fevral üçün nəzərdə tutulan “ayın qolu” mükafatını təqdim etdi.
* Rauf Hüseynli ilk dəqiqələrdə çox inamsız təsir bağışlayırdı, hətta epizodlardan birində topu saxlaya bilmədiyindən azarkeşlərdən biri ona “Rauf, nə olub sənə?” dedi.
* “Qəbələ”nin kapitanı Asif Məmmədov meydandan kənarda futbolçulara dəstək olur, göstərişlər verirdi.
* “Red-Black Army” azarkeş qrupu çox passiv idi.
* Urfan Abbasov əvəzlənərkən ehtiyat oyunçular skamyasına yox, birbaşa paltardəyişmə otağına yollandı.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

27-02-2024, 00:0

“Kəpəz” “Qəbələ” ilə xal fərqini artırdı - REPORTAJ

Premyer-liqa

28-11-2023, 19:0

"Qarabağ" liderliyə yüksəldi, "Neftçi" yenə naxçıvanlılarla bacarmadı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

14-10-2022, 16:0

"Şamaxı" "Qəbələ" ilə heç-heçə etdi - YENİLƏNİB

Premyer-liqa

5-12-2023, 23:0

“Qarabağ” fərqi artırdı, “Turan Tovuz”un qələbə həsrəti dörd oyuna çatdı – TURUN ŞƏRHİ

Premyer-liqa

16-11-2022, 23:0

Liderlər xal itirdi, “Neftçi” turdan qazanclı çıxdı - TURUN ŞƏRHİ

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə