• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz” əzmkar qələbə ilə “Araz-Naxçıvan”a yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Manşet

7-04-2024, 21:0

Bir tərəfdə son 6 oyunda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi, digər tərəfdə isə sonuncu turda “Qarabağ”ın darmadağın etdiyi və elitada qalmaq uğrunda “Qəbələ” ilə çarpıan Gəncə təmsilçisi..


Təbii ki, hər biri qələbəyə köklənmişdi. Həm də “sarı-göylər” qalib gələcəyi təqdirdə “qırmızı-ağlar”la aradakı xal fərqini 2-yə endirəcəkdi. Bu səbəblərdən oyunun gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək heç də çətin deyildi. Artıq 1-ci dəqiqədə gəncəlilər rəqibin qapısı önündə qarışıqlıq yarada bildi. İlk təhlükəli vəziyyət də məhz “sarı-göylər”dən gəldi. Matenin müdafiənin arxasına ötürməsindən sonra topu ələ keçirən Amil iti bucaq altından etdiyi qüvvətli zərbəylə qapını yoxladı. Amma Avram ayıq-sayıqlığı əldən vermədi. Getdikcə nominal meydan sahibləri də fəallaşırdı. Muxtar Respublika təmsilçisi meydanın rəqibə aid hissəsində pressinq edərək gəncəliləri səhvə məcbur etməyə çalışırdı. Bağırovun yetirmələri yüksək təzyiq sayəsində istəyinə də nail olurdu. 16-cı dəqiqədə Kuzmanoviç qarşısında “Kəpəz” futbolçularının olmasına rəğmən, cərimə meydançasının kənarından sağ ayaqla vurduğu zərbə ilə topu qapının “altılığ”ına göndərməyi bacardı – 1:0. Hissənin sonuna qədər isə heç bir real qol vəziyyətinə şahidlik etmədik. Sadəcə, 44-cü dəqiqədə naxçıvanlılar növbəti dəfə fərqlənməyə yaxın olsa da, Orxan imkanı boşa verdi. Az sonra yan xətt hakiminin ofsayd bayrağı havaya qalxdı. 2-ci hissəyə qonaqlar daha istəkli başladı. Şükürovun yetirmələri bərabərlik qolunu vurmaq üçün rəqib üzərində təzyiqi artırdı. Elə bu yarıda da ilk təhlükəni “Kəpəz” yaratdı. Bu dəfə Falın cərimə zərbəsindən qapı qarşısına göndərdiyi ötürmə Manafovun yanlış toxunuşu nəticəsində Amilin önündə qaldı. Yunanov qapını nişan alsa da, qolkiper zərbəni dəf etdi. Bir qədər sonra Kuzmanoviç ilk qoldakı kimi yenə sol cinahdan rəqibin cərimə meydançası kənarından qapını yoxladı. Lakin onun vuruşu qapıdan aralı keçdi. 2-ci hissədə qonaqların aqressivliyi açıq-aşkar görünürdü. Aramsız hücumlar 54-cü dəqiqədə bərabərlik qolunu gətirdi. “Kəpəz”in ən məhsuldar futbolçusu Martins cərimə meydançası kənarından qapının uzaq küncünə baxımlı zərbə vurdu – 1:1. “Qırmızı-ağlar” özünə gəlməmiş qapısında 2-ci qolu gördü. Bu dəfə Mate sağ cinahla irəliləyərək sol ayağıyla uzaq küncü dəqiq nişan aldı – 1:2. Naxçıvanlılar bundan sonra hesabı bərabərləşdirmək üçün bütün gücüylə irəli atıldı. 66-cı dəqiqədə Vandersonun ötürməsindən sonra “Kəpəz” müdafiəçilərinin nəzarətindən yayınan Orxan topu saxlamadan qapıya göndərsə də, İqor diqqətli oynayaraq zərbəni uzaqlaşdırdı. Davamında isə Kuzmanoviç yaxın məsafədən fərqlənə bilmədi. Yenə qapıçı baxımlı seyvlə yadda qaldı. Bir qədər sonra İsmayıl uzaq məsafədən “çərçivə”ni yoxladı. Bu dəfə də qolkiper çətinlik çəkmədi. 82-ci dəqiqədə Vadimin ara ötürməsini Tural dəyərləndirə bilmədi. “Araz-Naxçıvan”ın oyunçuları müdafiəni yarmağı bacarsa da, qapıçını keçə bilmirdi. Məğlubiyyətdən yaxa qurtarmağa çalışan Bağırovun yetirmələri var gücüylə irəli atılmışdı. Buna görə də müdafiədə yaranan boşluqlardan qonaqlar istifadə etməyə çalışırdı. Uzatma dəqiqələrində belə boşluqların birində Camal ağıldolu ara ötürməsiylə komanda yoldaşı Rüfəti qapıçıyla üzbəüz qoydu. Fəqət futbolçu baxımlı kombinasiyanı qolla tamamlaya bilmədi. Naxçıvan təmsilçisi son dəqiqələrdə nə qədər çalışsa da, məğlubiyyətdən xilas ola bilmədi. Beləliklə, Azər Bağırovun komandası ardıcıl 7-ci çempionat oyununda qələbəyə həsrət qaldı. “Kəpəz” isə “Qəbələ” ilə xal fərqini 14-ə çatdırmaqla yanaşı, naxçıvanlılarla fərqi də 2-yə endirdi.

Gözdən qaçmadı
* “Xəmsə”nin azarkeşləri “Sektor-85”in azarkeşlərindən daha az idi. “Sektor-85” fəal şəkildə komandaya dəstək oldu.
* Martins Junior bu mövsüm 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşdü.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

21-02-2024, 21:0

Hərəyə iki qol vurub yerlərində saydılar - REPORTAJ

Premyer-liqa / Manşet

5-04-2024, 21:0

“Kəpəz” “Araz-Naxçıvan”la xal fərqini 2-yə endirdi - YENİLƏNİB

Premyer-liqa / Reportaj

25-01-2024, 20:0

“Qəbələ” ilə məğlubiyyətlə başladı – REPORTAJ

Premyer-liqa / Manşet

26-12-2023, 23:0

“Araz-Naxçıvan” “Kəpəz”ə söz verdi, sonra geri çəkildi

Premyer-liqa / Manşet

19-03-2024, 22:0

“Araz-Naxçıvan” 5, “Qəbələ” 9 oyundu qələbəyə həsrətdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 00:0

“Kəpəz” “Qəbələ” ilə xal fərqini artırdı - REPORTAJ

Aktual
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Son xəbərlər
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 99
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə