Toni Kroos ilə bağlı məsələyə aydınlıq gəlib.
“Football-plus.az” xəbər verir ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanından aldığı cəlbedici təklifləri geri çevirən futbolçu klubu ilə yenidən anlaşıb. “Real” rəhbərliyi yarımmüdafiəçi ilə müqavilənin müddətini 2025-ci ilin yayına qədər uzadıb. Bu barədə jurnalist Nikolo Skira özünün sosial şəbəkə hesabında məlumat verib.
Almaniyalı futbolçu Madrid klubunda 2014-cü ildən çıxış edir. O, bu müddət ərzində bütün yarışlarda 463 matçda iştirak edib, 28 qol vurub və 98 məhsuldar ötürmə edib.