“Real” ilə yenidən anlaşdı

30.05.2023 15:56 248
Dünya futbolu
Toni Kroos “Real” rəhbərliyinin yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi klubu ilə müqaviləsinin müddətini uzadacaq.

"As" qəzetinin yaydığı xəbərə görə, o, danışıqların sonuncu mərhələdə olduğunu bildirib: “Mən rəhbərlikdən müqavilənin yenilənməsini nə vaxt elan edəcəklərini soruşmalıyam, çünki bir neçə gündən sonra məzuniyyətə getməliyəm”.

Alman futbolçu “Real”da 2014-cü ilin yayından çıxış edir. 33 yaşlı Toni bu mövsüm komandada 50 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.