Kərim Benzema klubu ilə müqaviləsini yeniləyib.
Football-plus.az xəvər verir ki, bu barədə “Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib.
Madrid klubu 35 yaşlı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayınadək uzadıb:
“Kərim gələn mövsüm də bizim hücumçumuz olacaq. O, həmişə olduğu kimi əla işlər görəcək”.
Fransalı forvardın “Real”la əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunadək idi.
Yeri gəlmişkən, Benzema La Liqanın cari mövsümündə meydana çıxdığı 12 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.